Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Tarix Diyarşünaslıq Muzeyində ”Dostluğumuz Əbədidir” mövzusunda dəyirmi masa keçirildi

15.09.2021

Qazax Tarix Diyarşünaslıq Muzeyində 15 Sentyabr 1918-ci ildə Bakının işğalçılardan azad olunması ilə bağlı "Dostluğumuz Əbədidir" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyinin və Qazax rayon MKS-nin Daş Salahlı kənd 1 nömrəli kitabxana filialı və 1 saylı sənətkarlıq klubunun əməkdaşları iştirak etdilər. Tədbiri Muzeyin direktoru G.Alişanova açaraq qeyd etdi ki, 103 il bundan əvvəl 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türk əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi.

Digər iştirakçılar çıxış edərək qeyd etdilər ki, 1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan Türkiyə Dostluğu və Qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir.